Azadsöz.az xəbər verir ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasında təyinatlar olub.
Dəyişikliklər çərçivəsində Səidə Mirziyoyeva Özbəkistan Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.
Səidə Şavkatovna özbək siyasətçisi, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük qızıdır.
O, 4 noyabr 1984-cü ildə Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində anadan olub.
2019-cu ildən İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbərinin müavini vəzifəsində çalışıb. 2022-ci ildən Prezident Administrasiyasında rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edir.