20 Sentyabr 2024 03:52

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib

Azadsöz.az xəbər verir ki,Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Qeyd edilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com