Azadsöz.az xəbər verir ki, 32 il əvvəl, avqustun 24-də Ukrayna müstəqilliyini elan edib və o gündən də bu tarix ölkədə ən mühüm bayram kimi qeyd edilir.
1991-ci ilin bu günü Ali Rada müstəqil Ukrayna dövlətinin yaradılmasını qeyd edən Müstəqillik Bəyannaməsi Aktını qəbul edib. Bu hadisə faktiki olaraq dövlətçiliyin bərpasına çevrilib.