Azadsöz.az xəbər verir ki, Ukrayna və İsveç CV-90 BMP piyada döyüş maşınlarının Ukrayna ərazisində istehsalı və təmiri barədə razılığa gəliblər.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.
“Bu gün biz Ukraynada CV-90 istehsalı, onun təmiri və s. haqqında müqaviləni ətraflı şəkildə izah etdik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukraynada istehsal olunan ilk CV-90 tez bir zamanda ərsəyə gəlsin”, – deyə Ukrayna lideri qeyd edib.
Öz növbəsində İsveç hökumətinin başçısı əlavə edib ki, Kiyev və Stokholm CV-90-ın istehsalı və hazırlanması sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıblar.