Azadsöz.az xəbər verir ki,Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrinə avtomobil yolu və Ağdam-Bərdə dəmir yol xətti haqqında məlumat verilib.
Daha sonra qonaqlar Ağdam-Xankəndi yolunda olublar. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazi göstərilib.
Qeyd edək ki, akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr əvvəlcə Ağdam-Bərdə avtomobil yolunun üzərində inşa olunan Xaçın çay körpüsünün üzərində dayanıb yeni inşa olunan yol ilə tanış oldular.