Azadsöz.az xəbər verir ki, bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” – nazirliyin məlumatında qeyd olunub.