08 Sentyabr 2024 03:53

Həftəsonu milli parklarda hava necə olacaq?

Azadsöz.az xəbər verir ki,  iyulun 29-30-da milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Samur–Yalama milli parkında hava şəraiti əsasən yağmursuz keçsədə, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, 29-da günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-30°isti olacaq.

Altıağac milli parkı
Havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti olacaq.

Ağgöl milli parkı
Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşama doğru yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, 29-da arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq.

Qızılağac milli parkı
Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

 

Göygöl milli parkı
Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq.

Şirvan milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Hirkan milli parkı
Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləsədə, 30-da axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°isti, gündüz 30-34° isti olacaq.