Azadsöz.az xəbər verir ki, noyabrın 5-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Emmanuil Vitorqan çıxış edəcək.
Azərbaycanın Fəxri mədəniyyət işçisi, məşhur həmyerlimiz yeni “Həyat davam edir” yubiley monotamaşasını təqdim edəcək.
Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.
Biletləri Iticket.az saytından onlayn və şəhərin kassalarından əldə etmək olar.