Azadsöz.az xəbər verir ki, avqusutun 1-dən “İraq Hava Yolları” şirkəti Kərkük-Bakı-Kərkük istiqamətində birbaşa uçuşlara başlayacaq.
Bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tvitter hesabında bildirib.
“Daha sonra Bakıdan Bağdada, Ərbilə və Bəsrə şəhərlərinə uçuşlar həyata keçiriləcək”, – deyə o qeyd edib.