23 Noyabr 2024 00:04

Dostluq   təcəssümü

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev iyunun 20 – də Çinin “China Media Group” media koorporasiyasına müsahibə verib və dövlətimizin başçısının mühasibəsi iyulun 22 də “China Global Television Network” televiziya kanalında yayımlanıb.

Müxtəlif sahələrə aid sualları cavablandıran Prezident İlham Əliyev öz mühasibəsində Azərbaycan-Çin arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Ölkə başçımız xarici siyasət proritetlərinə toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqların olduğunu bildirib, eyni zamanda ölkəmizdə gedən bir çox proseslərə , xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi və inkişafı istiqamətində bir çox məqamlardan bəhs olunub.

Tarixi qədim ipək yolu dövrünə gedib çıxan Azərbaycan – Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2 də qurulsa da, müasir dövrdə Azərbaycan Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu öndərin 1994-cü ildə Çinə rəsmi səfərini müasir dövrdə iki ölkə arasında münasibətlərin təməli hesab etmək olar.

Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Əməkdaşlığmızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında  əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Ümumilli liderin siyasi kursunu layiqli davamçısı möhtərəm dövlət başçımız Prezident İlham Əliyev də BMT Təhlükəsizli  Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu da təsadüfü deyl, çünki Çin beynəlxalq münasibətlər sistemində xüsusi rola malikdir . Çinin həm siyasi  iradəsi , həm də iqtisadi potensialı ilə yeni dünya düzənindəki rolunun getdikcə artacağı şübhəsizdir.

Bundan başqa, beynəlxalq arenada birqütblüyə qarşı çıxan əsaə qüvvələrdən biri olması, “Bir kəmər və bir yol” strategiyası da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün irimiqyaslı təşəbbüslər irəli sürməsi, dünyada sülhün və sabitliyin qorunmasına, bəşəriyyət üçün ortaq gələcəyin qurulmasına yönələn fəaliyyəti Çinin beynəlxalq münasibətlər sistemində nüfuzunu getdikcə artırır.

Ölkə rəhbəri müsahibə zamanı müasir dövrdə Azərbaycan – Çin münasibətlərinə geniş şəkildə toxunaraq qeyd edib ki,  “Son zamanlar  bizim münasibətlərimiz daha da intensivləşib  və əlbəttə ki, mənim cənab Si Cinpinlə  görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında  vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyə də, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. İkitərəfli əlaqələrin gələcəyindən danışarkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Birdaha təsdiq edib ki , münasibətlər əladır və bundanda yaxşı səviyyəyə qalxacaqdır”.

Prezidedent İlham Əliyev Çin Xalq Respublikasının Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq bildirdi ki, “Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım va . Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması  məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanin gündəliyindən daha genişdir”.  O, eyni zamanda qeyd edib ki, Çin rəhbəri cənab Si Cinpin  insan olaraq çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən olunla təmasdan çox razıyam. O, olduqda məsuliyyətli şəxsdir və çox uğurlu xarici sayasət bunun nəticəsidir. Dünyadan Çinin dostlarının sayı ildən – ilə artır və bu, məhz cənab  Si Cinpinin müdrük siyasətinin nəticəsidir.

Müsahibəsində bir neçə il öncə dünyanı bürüyən  Covid-19 pandemiyası zamanı Çinin və onun rəhbəri cənab Si Cinpin Azərbaycana olan köməyini xüsusi olaq vurğulayan ölkə başçımız bildirib ki, “Covid-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik  vəı bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu . Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi  və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlarırdı. Biz bunu necə unuda bilərik?!”.

Cənab prezident bütun bunları xüsusi olaraq qiymətləndirərək, bunun da məhz dostluq münasibətlərinin bir nümunəsi olduğunu bildirdi. İki dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat məsələlərini xüsusi ilə qeyd edib. Bildirib ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrasturukturuna böyük sərmayə qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladığı qeyd olunub. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır, ancaq bunu üçün təkcə coğrafiya kifayət etmir. Əsas məsələ qonşularla yaxşı münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyldir.  Ona görə də bu illər ərzində Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaqdır.

Çin tərəfindən “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini yüksək qiymətləndirən cənab İlham Əliyev ilk növbədə bunun dostluğa əlavə təkan və töhfə olacağını, qarşılıqlıə fəaliyyət nəticəsində mədəni əlaqələrin inkişafının surətlənəcəyini  də  xüsusi qeyd etdi.

Beləliklə, iki ölkənin potensialını nəızərə alaraq deyə bilərik ki, Azərbaycan – Çin münasibətləri inkişaf dinamikasını qarşıdakı illərdə də qoruyub saxlayacaq. Bu dinamikanı təmin edəcək amillər isə həm tarixi dostluq ənənələri, həm də dövlət başçılarının ölkəlkərimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yürütdüyü siyasətdir.

Azadsöz.azq

Ankara escort İstanbul Travesti Shemale İstanbul