16 Sentyabr 2024 23:25

Göyçayda maşın vuran qadın ÖLDÜ

Azadsöz.az  xəbər  verir  ki, hadisə  iyulun 2-də  Göyçay şəhəri Nizami küçəsində  baş verib.

Rayon sakini, Sahib Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə  hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı  vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan qadın təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.