16 Sentyabr 2024 23:03

Qəbələ idman klubunun güləşçisi erməni rəqibinə qalib gəldi-FOTO

Azadsöz.az xəbər verir ki, Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. “Qəbələ” idman klubunun idmançısı Rəşad Veysəlov üçüncü yer üçün görüşdə erməni idmançı Papik Nersisyanla üz-üzə gəlib.

O, rəqibi üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq bürünc medala sahib olub. İyulun 10-da idmançımızı şəhər mərkəzində rayon gəncləri və ictimaiyyət nümayəndələri böyük izdihamla qarşılamışlar. Rəşad Veysəlovu qələbə münasibətilə təbrik edir və ona daha böyük uğurlar arzulayırıq.