21 Noyabr 2024 18:41

“Şəhidlikdən şairliyə gedən yol–Xəyyam Hüseyn” adlı tədbir keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 10  iyul 2023-cü il  tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-nin  Mərkəzi Kitabxanasında  Göyçay rayonunun  Məlikkənd kənd sakini, 44 günlük  Vətən  müharibəsində  qəhrəmancasına şəhid olan   Hüseynov Xəyyam Hüseyn oğlunun doğum gününə həsr olunmuş “Şəhidlikdən şairliyə gedən yol” adlı tədbir keçirilib.

Tədbirdə Mərkəzi  kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Zəfər Hacıyev və kitabxananın  kollektivi, şəhid  Xəyyam Hüseynovun  valideynləri, Azadsöz.az  saytının xüsusi müxbiri Gülşən Muradova, AJB və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli, gənc şair Əli Munis, şəhid Elnur  Əliyevin, şəhid İlham Hüseynovun  və şəhid  Kənan  Ömərlinin  valideynləri Ərəstun Əliyev, Ümüd  Hüseynov, Məhluqə  Ömərli, Məlikkənd kənd Mədəniyyət evinin əməkdaşları,  ictimaiyyət nümayəndələri və  məktəblilər  iştirak  ediblər.

Başlanan tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib  və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  giriş  sözü  ilə açan  kitabxananın metodika-biblioqrafiya  şöbəsinin  baş  biblioqrafı  Sevinc  Qafurova  qonaqları  salamlayaraq  şəhidin  qısa və şərəfli həyat yolu, yazdığı  şeirləri  haqqında  tədbir  iştirakçılarına  geniş  məlumat  verib.

Mərkəzi  kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Zəfər Hacıyev çıxış  edərək  otuz il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsində erməni işğalından azad edərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb.Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib. Xəyyam  kimi  oğullarımızın  sayəsində  Vətən  nisgilinə,  Vətən  həsrətinə  son qoyuldugunu  vurğulayıb.

Xəyyam  Hüseynovun atası  Hüseyn Hüseynov  çıxış  edərək, övladı haqqında həm kövrələrək,  həm də qürurla danışaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildirib. Oğlu  şeirlərində  ən ciddi və səmimi fikirlərini obrazlı bir şəkildə qələmə alması  ilə  bu  Vətəni, bu xalqı necə  sevdiyini  bir daha  subut  etdiyini  vurğulayıb.

Daha  sonra   AJB və AYB-nin üzvü, tarixçi, prezident təqaüdçüsü Aqil Kəngərli, Azadsöz. az  saytının xüsusi müxbiri Gülşən Muradova,  şəhidlərin valideynləri Ərəstun Əliyev, Ümüd  Hüseynov, Məhluqə  Ömərli və  digərləri  çıxış  edərək şəhid haqqında fikirlərini söyləyiblər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə kimi  göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıblar.

Sonra İlkin Qafurov şəhidimizin döyüş  yolu  və  həyatı  haqqında  hazırlanmış  videoçarx  nümayiş  olunub.Şəhidin  öz  səsi  ilə  səslənən  şeir  dinlənilib.Şagirdlər  şəhidimizin  şeirlərini  səsləndiriblər.

Sonda şəhidə həsr olunmuş sərgiyə baxış keçirilib və xatirə şəkili çəkilib.

Gülşən  Muradova


 

İstanbul trv istanbul travestileri