Azadsöz.az xəbər verir ki, sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.
Belə ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.
O, böyüklərdən ibarət qadın milli komandamıza böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib. Azərbaycan qadın güləşinə nəzarət Toğrul Əsgərova həvalə edilib.
Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.