19 Sentyabr 2024 05:03

Ebru Gündeş Şəmkirdə Günellə eyni səhnəyə çıxmaq istəməyib-VİDEO

Azadsöz.az xəbər verir ki, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində yer alıb. Sözügedən tədbirdə illərdir Ebru ilə küsülü olan müğənni Günel Zeynalova da səhnəyə çıxıb. 

Ebrunun Günellə eyni məclisdə olması müzakirələrə səbəb olub. Bunun ardından Günel açıqlama yayaraq, eyni gündə səhnə almadıqlarını deyib. 

Belə ki, Günel iki gün davam edən toyda Ebrunun onunla bir yerdə olmaq istəmədiyini açıqlayıb. Günel iyulun 3-də toyda yer aldığını vurğulayıb. 

“Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi” deyə, ifaçı paylaşımına yazıb.

Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com