Azadsöz.az xəbər verir ki, bu gün çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.Milli komanda Moldova yığması ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.
A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib – 3:1.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov;
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov.