16 Sentyabr 2024 22:59

Dövlət qulluğuna qəbulda dəyişiklik edildi

Azadsöz.az xəbər verir ki, Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib.

Bu barədə DİM-i məlumat yayıb.

Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.

Proqramla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://exidmet.dim.gov.az/dqq/docs/program/mentiq_proqram.pdf