Azadsöz.az xəbər verir ki, 3 iyul saat- 08:00-dan 15:00-dək rayonun Çaxırlı, Məlikkənd və Şıxəmir kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, yaranan fasiləyə səbəb transformatorların cari təmir işləri və 10 kv-luq hava xəttinin əhatəsində olan yaşıl kütlənin təmizlənməsi ilə əlaqədardır.
Bildirək ki, faktı Azadsöz.az-a Göyçay Elektrik şəbəkəsinin rəhbəri Ziya Quliyev təsdiqləyib.