20 Sentyabr 2024 01:26

Madonna xəstəxanaya yerləşdirildi

Azadsöz.az xəbər verir ki, məşhur ABŞ-li müğənni Madonna xəstəxanaya yerləşdirilib.

Bunu sənətçinin meneceri Qay Osiri BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 64 yaşlı ulduz reanimasiya şöbəsindədir, ona bakterial infeksiya diaqnozu qoyulub.

Qay Osiri bildirib ki, Madonnanın səhhəti yaxşılaşır, lakin o, hələ də həkim nəzarətindədir. Bu baxımdan sənətçinin dünya turu təxirə salınmalı olub.

Qeyd edək ki, Madonna ilin əvvəlində 35 konsertdən ibarət dünya turu planlarını açıqlayıb. Müğənni konsertlərini “Bayram” sinqlının işıq üzü görməsinin 40 illiyinə həsr etmək qərarına gəlib. Ulduz tura iyulun 15-də Kanadanın Vankuver şəhərində başlamağı planlaşdırırdı.

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com