23 Noyabr 2024 08:24

Rayon İcra Hakimiyyətinin başçısı tingçilik təsərrüfatında aparılan işlərlə maraqlanıb-FOTO

Azadsöz.az xəbər verir ki,  Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Göyçay rayonunda aqroturizmin inkişaf etdirilməsi məqsədilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsinin istifadə olunmayan ərazisində yeni tingçilik təsərrüfatı salınmışdır.

23 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Göyçay Dayaq Məntəqəsində yeni yaradılmış tingçilik təsərrüfatında aparılan işlərinin gedişi ilə maraqlanıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru İlham Qaraqurbanlı rayon rəhbərinə məlumat verərək bildirib ki, Dayaq Məntəqəsində yetişdirilən calaqaltı tingçilik respublikanın, o cümlədən Göyçay rayonunun meyvəçilik sektorunda əsas hədəfi yüksək keyfiyyətli, bazar tələblərinə uyğun, xəstəlik və zərərverici orqanizmlərə qarşı davamlı meyvə sortlarının istehsalını artırmaqla, onun potensialından maksimum istifadə etmək və idxaldan asılılığın qarşısını almaqdır.

İ.Qaraqurbanlı qeyd edib ki, rayona yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən meyvə sortları və vegetativ calaqaltıları gətirilərək 2 hektar ərazidə xurma, alça, pavloniya və digər sortlar tingçilik məqsədilə yetişdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonda meyvəçilik sahəsinə olan maraq nəzərə alınaraq gələcəkdə Dayaq Məntəqəsində yetişdirilən tinglərin xəstəlik və zərərverici orqanizmlərə qarşı davamlı meyvə sortlarının istehsalını artırmaq məqsədilə yerli təsərrüfatlarda əkininin aparılmasının vacibliyini qeyd edib.

Göyçay Dayaq Məntəqəsində yetişdirilən tinglərin yaradılmasında məqsəd rayonda aqroturizmin inkişaf etdirilməsi, turizm marşrutlarının həmin ərazilərə yönləndirilməsi, yeni iş yerlərinin açılması və rayon büdcəsinin artırılmasıdır.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul