Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib.
2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32064,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az, müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1385,0 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.