Azadsöz.az xəbər verir ki, hadisə rayonun Mirzəhüseynli kəndində baş verib.
Kənd sakini, 1973-cü il təvəllüdlü Əhmədova Aygün Faxrət qızı bu gün yaşadığı evdə özünü yandırıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır. Aygün Əhmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.