Azadsöz.az xəbər verir ki, bu gün facebook sosial şəbəkəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasının girişinin qarşısında vətəndaşların toplaşması və xəstəxananın daxilinə az sayda vətəndaşın buraxılması ilə bağlı foto və yazı paylaşılıb.
Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi Yaşar Əhmədov Azadsöz.az-a açıqlama verib.
Xəstəxanının rəhbəri Y.Əhmədov bildirib ki, sosial şəbəkədə yayılan həmin foto və yazı əsassızdır.Xəstəxananın foyesində sıxlıq olmaması üçün növbəlik əsasında vətəndaşlar müalicə və müayinə olunurlar.Bunun üçün çöl hissədə toplanmış vətəndaşlar tərtib olunmuş siyahı əsasında daxil olurlar.