Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Çərəcə kənd sakini 44 günlük Vətən müharibəsində şəhid olan Paşa Salmanovun atası Həkim Salmanov vəfat edib.
Allah Rəhmət Etsin.
Qeyd edək ki, şəhid Paşa Salmanov Salmanov Paşa 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2013-cü ildə Çərəcə kəndində orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.Oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alır. 52 gündən sonra həkimlərin səyinə baxmayaraq dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib.6 dekabr 2020 ci ildə doğulduğu Göyçay rayon Çərəcə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Salmanov Paşa Həkim oğlu ölümündən sonra “Cəsur döyüşçü” , “Vətən uğrunda medalları ilə təltif edilib.