Azadsöz.az xəbər verir ki, Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.
Belə ki, 48 kq-da Elnar Ziyadov və 55 kq-da Ayxan Cavadov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İdmançılar medal görüşlərində müvafiq olaraq, moldovalı Viktor Postikaya (7:2) və ermənistanlı Yuri Karapetyana (5:2) qalib gəliblər.
Qeyd edək ki, bu gün həmçinin 80 kq-da Emin Əliyev və 110 kq-da Mahir Qurbanlı 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar.