19 Sentyabr 2024 05:20

16 yaşlı cüdoçunu qətlə yetirən idmançıya hökm oxundu-FOTO

Azadsöz.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun məhkəməsi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Ruslan Səfixanov 19 il  azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında cüdo turnirində baş verib. Tərəflərin mübahisəsinə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan bunu Turana irad tutub və tərəflər mübahisə ediblər. Mübahisə zamanı Sumqayıt şəhər sakini Ruslan Səfixanov Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs idmançı olub.


kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com