19 Sentyabr 2024 20:42

Göyçay rayonunun kəndlər üzrə növbəti HƏFTƏLİK İCMALI

“Azadsöz.az” 05.06.2023-cü il tarixindən 10.06.2023-cü il tarixinə kimi  Göyçay  rayonunun  bu  kəndlər  üzrə  görülən  işlərin  həftəlik  icmalını  təqdim edir:
 
Azadsöz.az xəbər verir ki,  Rayon İcra Hakimiyyəti başçısının Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kənd qəbiristanlığında iməclik keçirilib.

İməclik zamanı qəbiristanlıqda təmizlik işləri aparılmış, səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və əkilmiş ağaclar, gül-çiçək kolları suvarılaraq aqroxtexniki qulluq edilmişdir.

Rayonun digər kəndlərində də qəbiristanlıq ərazisində təmizlik işlərinin görülməsi müntəzəm olaraq davam etdirilir.

 

 

***
Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Bəydövül kəndində əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə suvarma arxları lil və kol-kosdan təmizlənir.

İyunun 4-də Bəydövül kəndi ərazisində vətəndaşların torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə 500 metr məsafədən çox suvarma arxları lil və çöküntülərdən təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.

Suvarma arxlarının qazılması işləri gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq rayonun digər kəndlərində də həyata keçirilir. Görülən işlər nəticəsində arxların ötürücülük qabiliyyəti artırılır, su itkisinin qarşısı alınır.

***
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə iməclik təşkil edilərək kəndin mərkəzi yolunun kənarları tullantılardan, alaq otlarından təmizlənmiş, əkilmiş ağaclar aqroxtexniki qulluq edilmişdir.

 

 

***
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Avtomobil Yolların Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli kəndinin ərazisindən keçən hissəsində yol kənarları kol-kosdan, alaq otlarından və məişət tullantılarından təmizlənərək qaydaya salınır.

 

***
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kənd qəbiristanlığında və Göyçay-Ucar avtomobil yolunun Potu kəndinin ərazisindən keçən hissəsində yol kənarlarında iməclik keçirilib.

İməclik zamanı qəbiristanlıqda və yol kənarında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və mövcud yaşıllıqlar suvarılaraq aqroxtexniki qulluq edilmişdir.

 

***
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Cəyirli və Qaraman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, kənd bələdiyyələrin təşkilatçılığı ilə kəndlərin mərkəzi yollarının kənarlarında təmizlik və abadlıq işləri aparılıb.

 

 

***
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısının Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Göyçay Elektrik Şəbəkəsi tərəfindən kənd ərazisində elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri həyata keçirilərək elektrik enerjisi ilə təminatın dayanıqlı və keyfiyyətli olması təmin edilmişdir.

 

***
Azadsöz.az xəbər verir ki, 09 iyun 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının Potu, Yalman və Qızılağac kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə kəndlərin daxili yollarının kənalarında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və mövcud yaşıllıqlar suvarılaraq aqroxtexniki qulluq edilmişdir.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com