26 Noyabr 2024 16:43

Göyçayda Heydər Əliyev-Milli dövlətçiliyimizin xilaskarı mövzusunda tədbir keçirilib-FOTO

Azadsöz.az xəbər verir  verir  ki, 10  iyun  2023-cü il tarixdə Yeni Azərbaycan partiyası Göyçay rayon təşkilatının inzibati binasında 15 iyun  Milli Qurtuluş Gününə həsr  olunan Heydər Əliyev- Milli dövlətçiliyimizin xilaskarı  mövzusunda tədbir keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev,  RİH başçısı aparatının məsul şəxsləri,  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məzahir Əfəndiyev,  Elman Nəsirov, iqtisad elmləri doktoru, professor  İrşad Kərimov,  YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov  Ulu Öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Daha  sonra  tədbirdə  çıxış  edən  Göyçay rayon Ulaşlı-Şıxlı kənd tam orta məktəbin  direktoru  Aynur  Mahmudova, Milli Məclisinin deputatları Məzahir Əfəndiyev,  Elman Nəsirov, iqtisad elmləri doktoru, professor  İrşad Kərimov  Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü təşkil etdiyini  diqqətə  çatdırıblar.Bildiriblər  ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib.Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanındığını  diqqətə  çatdırıblar.

Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

 

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul