Bu barədə Səudiyyə klubu rəsmi sosial media hesabında məlumat yayıb.

“Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək”, – paylaşımda bildirilir. Mətbuatda “Əl-İttihad”ın futbolçuya 200 milyon avro dəyərində iki illik müqavilə təklif etdiyi deyilir.

Qeyd edək ki, fransalı futbolçu mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. O, 2009-cu ildən İspaniya klubunun şərəfini qoruyur.