22 Noyabr 2024 12:19

Göyçayda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı qeyd edilib-FOTO

Azadsöz.az xəbər verir ki, 5 may  2023-cü  il tarixində  Göyçay  rayonunda  Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayonun icra başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Orxan Mahmudov, Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin rəisi Sultan Mahmudov və kollektivlərin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak  ediblər.

Əvvəlcə tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Göyçay Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən tədbirdə  çıxış edən rayon rəhbəri Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Xalqımızın  ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.

Qeyd edib ki, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.Dövlətin dəstəyi ilə əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində qlobal layihələr həyata keçirildiyini və hazırda da davam etdirildiyini  diqqətə  çatdırıb.


Sonra  tədbirdə Göyçay Su-Kanal» Törəmə Səhmdar Cəmiyyətinin rəisi  Sultan  Mahmudov, Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi  Orxan  Mahmudov   çıxış  edərək  təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olduğunu bildiriblər.Ölkəmizdə son illər əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələrin həyata keçirildiyini  diqqətə  çatdırıblar.Rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işlər barəsində ətraflı məlumat veriblər.

Sonda əmək fəaliyyətində fərqlənənlər peşə bayramı münasibətilə fəxri fərmanla təltif ediliblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 

İstanbul trv istanbul travestileri