Azadsöz.az xəbər verir ki, Argentina Premyer Liqasında ötən gecə keçirilən “River Pleyt” – “Defensa Xustisiya” matçında faciə yaşanıb.
Matçın 14-cü dəqiqəsində azarkeşlərdən biri tribunadan yıxılıb. 15 metr yüksəklikdən yerə düşən fanat hadisə yerində həyatını itirib.
Görüşün baş hakimi matçın 25-ci dəqiqəsində, hesab 0:0 olarkən matçı yarımçıq saxlayıb.
Polisin araşdırmaya başladığı və görüşün keçirildiyi “Monumental” stadionunun 24 saatlıq bağlandığı bildirilib.