Azadsöz.az xəbər verir ki, bu gün Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
Həlledici matçda İspaniya “Sevilya”sı İtaliya “Roma”sı ilə üz-üə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqasında “Sevilya” 6, “Roma” isə 1 dəfə final oynayıb. “Sevilya” bütün finallarda qalib gələrək kuboka sahib çıxıb. Bu, rekorddur. “Roma” isə 1991-ci ildəki finalda “İnter”ə məğlub olub.
Avropa Liqası
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”