27 İyul 2024 07:22

Namiq Qaraçuxurlu pərəstişkarları üçün yenidən bunu edəcək

Azadsöz.az xəbər verir ki, meyxanaçı Namiq Qaraçuxurlu 14 il sonra yenidən solo konsert verəcək. 

Bu barədə meyxanaçı özü məlumat yayıb. 

Qaraçuxurlu Yaşıl Teatrda baş tutacaq konsertində sevilən mahnılarını səsləndirəcək. Sevənləri Namiqi görmək üçün 20-180 AZN-lərindən keçməli olacaqlar. 

Qeyd edək ki, Namiq Qaraçuxurlu 2000-ci illərin əvvəllərində populyarlaşıb.

O, ilk dəfə 2009-cu ildə konsert verib. Həmin konsertdə Namiqin fanatlarına xoş sürprizlərindən biri mərhum meyxana ustası Nizami Rəmzi ilə virtual meyxana deyişməsini səsləndirməsi olub.