Azadsöz.az xəbər verir ki, bu gün futzal üzrə 2022/2023-cü il mövsümünün son oyunu keçirilib.
Azərbaycan Kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” qarşılaşıblar.
Rəqibini 5:0 hesabı ilə məğlub edən “Baku Fire” tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.