03 May 2024 18:14

Fərqliliyimiz Uğurumuzdur

Göyçay rayonunun kəndlər üzrə növbəti HƏFTƏLİK İCMALI

“Azadsöz.az”  15.05.2023-cü il tarixindən 21.05.2023-cü il    tarixinə  kimi Göyçay  rayonunun  bu  kəndlər  üzrə  görülən  işlərin  həftəlik  icmalını  təqdim edir:

Azadsöz.az xəbər verir ki,
Göyçay rayonunda torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə Xəlitli və Mirzəhüseynli kəndlərinin ərazisində suvarma arxlarında lil və çöküntülərdən təmizlənmə işləri aparılaraq suyun ötürücülük qabiliyyəti artırılıb.

Suvarma arxlarının qazılması işləri gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq rayonun digər kəndlərində də həyata keçirilir.

***

Azadsöz.az xəbər verir ki, rayonun Cəyirli kəndində bələdiyyə tərəfindən kəndin əsas mərkəzi yolunun kənarları və elektrik transformatorunun ətrafı kol-kosdan təmizlənmiş, ərazidə abadlıq işləri aparılaraq qaydaya salınmışdır.

Həmçinin Çərəkə kəndində vətəndaşlar tərəfindən müəyyən edilməmiş ərazilərə atılan məişət tullantıları, kəndin mərkəzi yolunun kənarları nümayəndəlik və bələdiyyə tərəfindən təmizlənmişdir.

***

Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün nümayəndəliyə daxil olan Çayarxı kəndinin daxili yoluna 2 km məsafədə çınqıl daşı tökülərək cari təmir işlər aparılıb.

***

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Çaxırlı kənd sakinləri “Azərişıq” ASC-yə yararsız vəziyyətdə olan elektrik transformatorun yenilənməsi barədə müraciət etmişdilər.

16 may 2023-cü il tarixdə “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəsi tərəfindən kəndin 50 fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən yararsız vəziyyətdə olan elektrik transformator yenisi ilə əvəz edilmişdir.

***

Azadsöz.az xəbər verir ki,16 may 2023-cü il tarixdə rayonun Qarabaqqal kənd Mədəniyyət Evində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Qasımov, bələdəyə üzvləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə digər çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildiriblər.

Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Həmçinin ölkəmizdə azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının, o cümlədən Azərbaycan elminin tərəqqisinin Ümummilli Liderin adı ilə bağlı olduğu vurğulanıb.

Sonda dahi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş mahnılar səsləndirilib.

***

Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin təşkilatçılığı ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kəndin daxili yoluna çınqıl daşı tökülərək cari təmir işlər aparılıb.

***

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda vətəndaşların torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə Birinci Ərəbcəbirli, Aşağı Qaraməryəm və Alpout kəndlərinin ərazisində suvarma arxlarında lil və çöküntülərdən, plasktik tullantılarından təmizlənmə işləri aparılaraq suyun ötürücülük qabiliyyəti artırılıb.

Suvarma arxlarının qazılması işləri gündəlik tərtib edilmiş qrafikə uyğun olaraq rayonun digər kəndlərində də həyata keçirilir.