Azadsöz.az xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində yaradılan istixanada mövsümə uyğun olaraq yetişdirilən kələm gülünün və dekorativ güllərin mərhələli şəkildə rayonda nəzərdə tutulmuş yaşıllıq hissələrinə əkilməsi işləri davam etdirilir.
Bildirək ki, 18 may 2023-cü il tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir İdarəsinin işçi kollektivi tərəfindən M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay Rayon İcra Hakimiyyətinin qarşısında salınmış yaşıllıq ərazisinə əkilməsinə başlanıb.
İlkin olaraq sözügedən ərazinin qazon örtüyü biçilərək səliqə-sahmana salınıb.Daha sonra əkiləcək dekorativ güllərin yerləri müəyyənləşdirilərək çalalar qazılıb və əkilməsi işlərinə başlanıb.
Qeyd edək ki, Abadlaşdırma Təmir İdarəsinin nəzarəti ilə qrafiqə uyğun olaraq müxtəlif növ güllərin müəyyən olunmuş ərazilərə əkilməsi nəzərdə tutulub.