03 May 2024 11:53

Fərqliliyimiz Uğurumuzdur

Göyçay sakini Bakıda avtomobilində ürək tutmasından vəfat etdi-VİDEO

Azadsöz.az xəbər verir ki,  Göyçay  rayonunun Qarabaqqal kənd sakini,  1984-cü  il  təvəllüdlü  Tural Həşimov  Bakı şəhəri   Ziya Bünyadov prospektində  özünə  məxsus “Mercedes” markalı  avtomobillə hərəkətdə  olarkən  qəfil halı pisləşib.

Bu zaman  avtomobili  yolun kənarında  saxlayaraq dünyasını  dəyişib.

İlkin məlumata görə, sürücünün ürək tutmasından öldüyü  bildirilir.

Faktla bağlı araşdırma aparılır.