Azadsöz.az xəbər verir ki, “Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satış idarələrində kadr dəyişiklikləri olub.
Bu barədə qurumun sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) sədri Elnur Həsənov vəzifəsindən azad edilərək, “Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinə rəis təyin edilib.
Digər əmrə əsasən isə, “Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev isə tutduğu vəzifədən azad edilərək, “Aran” RETSİ-yə təyinat alıb.