Azadsöz.az xəbər verir ki, “14 May seçkilərinin böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir”.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb.
O, yazısında müxalif siyasətçilərə də mesaj ünvanlayıb: “Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan edilməsinə cəhd milli iradənin qəsb edilməsi deməkdir.
Biz sevinirik ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında öz əksini tapır. Mən bütün iddiaçılarımdan və həmkarlarımdan nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularına nəzarət etmələrini xahiş edirəm. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”.