Azadsöz.az xəbər verir ki, növbəti səliqə-sahman işləri Göyçay rayonunun Bakı və Mehdi Hüseynzadə küçəsində aparılıb.
Qeyd olunan küçələr və sözügedən küçələrdə yerləşən çoxmənzilli yaşayış binalarının həyəti Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri tərəfindən plastik qablardan, polietilen torbalardan, digər məişət tullantılarından təmizlənib və həmin ərazilər süpürülərək səliqəyə salınıb.
Bütün bu görülən işlərə baxmayaraq bəzi rayon sakinləri məsuliyyətsizlik edərək məişət tullantılarını konteynerlərə atmayaraq, istədikləri yerlərə atmaqla rayonun təmizliyinə xələl gətirirlər.
Rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti, təbiətimizi qorumağa çağırırıq.