16 Sentyabr 2024 22:49

Biləsuvar 3 gündür susuz qalıb

Azadsöz.az xəbər verir ki, Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb.

Bu barədə  rayon sakinlərinin məlumatında  bildirilir.

Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.