Azadsöz.az xəbər verir ki, 2 may 2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov və Mərkəzin kollektivi Göyçay rayonunun Qaraməryəm, Qarayazı və Bığır kəndlərinin yol kənarlarında mövcud olan taxıl sahələrinə baxış keçirib.
Baxış zamanı fermerlərə taxıl sahələrində yayılmış alaq otlarına qarşı mübarizənin vaxtında aparmaq, gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə tədbirlərini həyata keçirmək və aqrotexniki qulluğun düzgün göstərilməsi tövsiyə olunub.