Azadsöz.az xəbər verir ki, Göyçay rayon Sanitar-Təmizlik Şöbəsinin təmizlik işçiləri 1-2 may tarixlərində gecə saatlarında rayonun Rəsul Rza və Atatürk küçələrində təmizlik işləri aparan zaman xoşagəlməz mənzərə ilə rastlaşıblar.
Dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun təmizliyi ilə bağlı çağırışlar etməyimizə baxmayaraq yenə də bəzi məsuliyyətsiz sakinlərimiz çirkin işlərindən əl çəkmirlər ki, çəkmirlər.
Belə ki, sözügedən küçələrdən keçən bərələrə vətəndaşlarımız içdikləri suların şüşə, plastik butulkalarını və məişət tullantılarını atmaqla bərələrin axının tutulmasına şərait yaradıblar.Nəticədə də bərələrin suyu daşaraq ətrafa yayılıb.
Qeyd edək ki, Sanitar-Təmizlik Şöbəsinin təmizlik işçiləri tərəfindən qeyd olunan bərələr təmizlənərək qaydaya salınıbdır.
Xatırladaq ki, rayonun təmizliyinə mane olan həmin qoçaq sakinlərimiz unutmasınlar ki, prospekt və küçələrə məişət tullantılarının yığılması üçün qoyulan konteynerlər bəzəyə yox, məişət tullantılarının yığılması üçün qoyulub.