19 Sentyabr 2024 05:11

Qəbələdə məktəbdə yanğın olub

Azadsöz.az xəbər verir ki, Qəbələ rayonunun  Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb.

“İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com