Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vilayət Rüstəmovun bu gün mövlud günüdür.Vilayət Məmməd oğlu Rüstəmov 1943-cü il 20 apreldə Kəlbəcər rayonunun Təkəqaya kəndindən anadan olub.1988 ci ildən düşmənlər təxribata əl ataraq kəndlərə hücum edirdilər. Elə həmin dövürdən ov tüfəngi ilə özü kimi qəhrəman oğullarla birgə Vətənin müdafiəsinə qalxmışdı.
Vilayət Rüstəmov 1991-1992 ci illərdə özünümüdafiə bataliyonunda iştirak edərək Kəlbəcər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.1992 ci ildə isə 701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsində kəşviyyatçı kimi xidmət göstərmişdir.Qüsursuz göstərdiyi döyüşlərə görə hərbi hissə komandiri Zahir Rzayev tərəfindən Kəşfiyyat Tağım komandiri təyin edilmişdir.
O, 27 mart 1993- cü il Kəlbəcər və Ağdərə döyüşlərində iştirak edərək Qozlu körpü və Uzun Tala adlanan yerdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.Martın 28-də Bozlu kəndində dəfn edilib.
Qeyd edək ki, şəhid Vilayət Rüstəmov Göyçay “Şəhid Ailələri Qayğı” Cəmiyyətinin sədri Eldəniz Rüstəmovun atasıdır.