Azadsöz.az xəbər verir ki, Rejissor Ceyms Qann “Twitter”də “Superman: Legacy” filminin erkən istehsal mərhələsində olduğunu rəsmən təsdiqləyib.
Onun sözlərinə görə, geyimlər, məkan dizaynı və daha çox şey artıq hazırdır. Gələcək filmin ssenarisi də tam yazılıb.
“Mən bu mirasın bir hissəsi olmaqdan şərəf duyuram”, – Qann yazıb.
Qeyd edək ki, “Superman: Legacy”nin digər təfərrüatları gizli saxlanılır. Lakin məlumdur ki, filmin nümayişi 2025-ci il iyulun 11-nə planlaşdırılıb.