08 Sentyabr 2024 06:02

Göyçay çayının sahilində əkilən ağaclara aqrotexniki qulluq olunub

Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı  Natiq  Ağayevin   təşkilatçılığı ilə  Göyçay çayının sahilində 3 hektar ərazidə yeni  salınan  parkda  növbəti  işlər  görülüb.

Bildirək ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir  Şöbəsinin   işçi  kollektivi tərəfindən  yeni yaşıllıq sahəsinin salınması məqsədi ilə  əkilən pavlonya ağaclarının  dibləri  bellənib və alaq otlarından təmizlənib.Bununla  yanaşı Göyçay  çayından yüksək təzyiqli nasoslar  vasitəsilə su  çəkilərək  suvarılma işi  aparılıb.

Qeyd  edək ki, mövsümlə  əlaqədar  olaraq  yeni  salınan  parkda  əkilən ağaclar  mütamadi olaraq  suvarılır, aqrotexniki qulluq göstərilir.