08 Sentyabr 2024 06:12

İlham Əliyev və Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər

Azadsöz.az xəbər verir ki, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Salyan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.