19 May 2024 01:36

Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, Azərbaycanda bu il Ramazan bayramının aprelin 21-də olacağı gözlənilir.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bayram namazı hər il olduğu kimi qılınacaq:

Belə ki, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq. Fitrə zəkatları da həmişəki kimi bayram axşamından, yəni aprelin 20-dən çıxarılır, bayram günü zöhr namazına kimi verilir. Fitrə zəkatının məbləği isə 10-15 manat tövsiyə edilir.

Fuad Nurullayev sözlərinə görə, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fitvası da rəsmi saytda yayımlanacaq.