27 İyul 2024 07:41

Göyçayda bu kəndlərin HƏFTƏLİK İCMALI

Azadsöz.az xəbər verir ki, Göyçay  rayon İcra Hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə Bığır kəndinin qəbiristanlıq adlanan yoluna çınqıl daşı tökülmüş və nümayəndəliyə daxil olan Cırqurd kəndində isə vətəndaşların pay torpaq sahələrinə gedən yol qreyderlə hamarlanaraq cari təmir işləri aparılıb.

*****

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi ərazisi sayılan Qaraməryəm dairəvi avtomobil yolunda əkilmiş ağaclar suvarılaraq dairənin ətrafında və kənd ərazisindəki Bayraq Meydanı adlanan ərazidə abadlıq işlərinə başlanılmışdır.

Nümayəndəlik tərəfindən Qaraməryəm kənd tam orta məktəbinin qarşısında və digər ərazilərdə olan yol cizgi xətləri və piyada zolaqları yenilənir.

Həmçinin nümayəndəlik və kənd bələdiyyəsinin təşəbbüsü ilə Yekəxana kəndində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kəndin daxili yollarına 1 km məsafədə çınqıl daşı tökülərək cari təmir işləri aparılıb.


Görülən işlərlə yanaşı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin obyekt sahibləri arasında aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq hazırda kənd ərazisində fəaliyyət göstərən mağazaların ərtafındakı hasarlar rənglənərək qaydaya salınır.

*****

Azadsöz.az xəbər verir ki,  Göyçay rayonunun Ləkçılpaq kəndində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kəndin daxili yoluna kənd sakinlərinin dəstəyi ilə 700 metr məsafədə yeni asfalt örtüyü çəkilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm, Cəyirli və İnçə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə kənd ərazisində iməclik təşkil edilərək yol kənarları tullantılardan, alaq otlarından təmizlənmiş, əkilmiş ağaclar suvarılaraq aqroxtexniki qulluq edilmişdir.

Həmçinin rayonun Alxasava kəndi ərazisində R-12 suvarma arxının texnika vasitəsilə lil və çökünütlərdən təmizlənməsi işləri aparılmışdır.

****

Azadsöz.az xəbər verir ki,  Göyçay  rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılğı ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kənd daxili yolun dağılmış hissələrinə asfalt örtüyü çəkilərək cari təmir işləri aparılıb.